Argentina Prezidenti: Son 100 ildə hamıdan çox iş görmüşük
Argentina Prezidenti Xavyer Miley hökumətinin həyata keçirdiyi islahatların miqyasından danışaraq qarşıdakı dövrdə daha geniş dəyişikliklərin planlaşdırıldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Argentina Prezidenti Xavyer Miley bu barədə açıqlamasında bildirib.
"Biz son 100 ildə başqalarının birlikdə gördüyü işlərdən daha çoxunu həyata keçirmişik", – deyə Argentina Prezidenti vurğulayıb.
Miley ölkədə islahatların davam etdiriləcəyini və yeni mərhələdə daha köklü dəyişikliklərin həyata keçiriləcəyini bildirib.
"İndiyədək həyata keçirdiyimiz bütün islahatlardan daha dərin islahatlar dalğası gəlir", – deyə o qeyd edib.
Qeyd edək ki, Xavyer Mileyin iqtisadi siyasətinin əsas istiqamətləri dövlət xərclərinin azaldılması, iqtisadiyyatın tənzimlənməsinin sadələşdirilməsi və bazar mexanizmlərinin genişləndirilməsidir.
11:49 17.11.2026
Oxunuş sayı: 114