Türkiyədə bir ailə bu qidadan zəhərlənib
Türkiyənin Bingöl vilayətində təbiətdən topladıqları göbələkləri yeyən 5 nəfər, o cümlədən 3 uşaq zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Son Dakika” məlumat yayıb.
Hadisə Bingölün Gözələr kəndində baş verib. Məlumata görə, göbələk yedikdən bir müddət sonra 5 nəfərin səhhəti pisləşib.
Hadisə yerinə təcili tibbi yardım və Milli Tibbi Xilasetmə Qrupu əməkdaşları cəlb olunub. İlkin tibbi yardım kənddə göstərildikdən sonra zərərçəkənlər Bingöl Dövlət Xəstəxanasına aparılaraq müalicəyə cəlb ediliblər.
Zəhərlənmənin səbəbi və zərərçəkənlərin son vəziyyəti barədə əlavə məlumat verilməyib.
08:03 17.11.2026
Oxunuş sayı: 110