Rusiya Avropa ölkələri ilə danışıqlara hazır olduğunu açıqlayıb
Rusiya hazırda Avropa ölkələri ilə ikitərəfli təmasların gündəmdə olmadığını, lakin belə danışıqlara açıq olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, “TASS” agentliyi bu barədə məlumat yayıb.
Peskov qeyd edib ki, indiki mərhələdə Avropa ölkələri ilə birbaşa ikitərəfli danışıqların aparılmasından söhbət getmir.
Bununla belə, Moskva belə bir dialoqun qurulmasına hazırdır.
Kremlin sözçüsü xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin də əvvəllər Avropa tərəfi ilə danışıqlara açıq olduqlarını dəfələrlə bəyan edib.
17:12 13.11.2026
Oxunuş sayı: 134