Azərbaycan Portuqaliyanın maliyyə sabitliyini qorumaq təcrübəsi ilə tanış olub
Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Portuqaliya Mərkəzi Bankında (PMB) işgüzar səfərdə olub.
Crossmedia.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, səfər çərçivəsində keçirilən görüşlərdə PMB bankların maliyyə sabitliyinin qorunması üçün formalaşdırılmış mexanizmlər, erkən müdaxilə və rezolyusiya tədbirləri üzrə ölkə təcrübəsini bölüşüb. Azərbaycan nümayəndə heyəti rezolyusiya tədbirlərinin mövcud hüquqi çərçivəsi, maliyyə sabitliyi şəbəkəsinin iştirakçıları, onların rolu və funksiyaları, eləcə də bu istiqamətdə qurulmuş proseslərlə bağlı məlumat verib.
Bununla yanaşı, PMB-də beynəlxalq əməkdaşlığın təşkili və idarə edilməsi mexanizmləri, bu sahədə strateji prioritetlər və fəaliyyət istiqamətləri, xarici mərkəzi banklar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın əsas formaları, habelə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
14:45 21.10.2026
Oxunuş sayı: 48