Ozonun logistika mərkəzi hücuma məruz qaldı: Yanğın baş verdi
Rusiyanın Sankt-Peterburq şəhərində Ozon şirkətinə məxsus logistika mərkəzi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hadisə nəticəsində obyektdə yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Şirkətin açıqlamasına görə, hadisə gecə saatlarında baş verib. Təhlükəsizlik məqsədilə logistika mərkəzinin bütün əməkdaşları təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda ərazidə fövqəladə hallar xidmətləri işləyir. Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilməyib.
10:52 18.10.2026
Oxunuş sayı: 64