Rusiyada dron hücumu: 20 min insan işıqsız qaldı
Leninqrad vilayətində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 135 PUA vurulub. Hadisə zamanı Qatçinada yaşayış binasına dron qalıqları düşüb, Lomonosov rayonunda isə 55 avtomobilə ziyan dəyib.
Crossmedia.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru TASS agentliyinə açıqlamasında məlumat verib.
Qubernatorun sözlərinə görə, hücum nəticəsində təxminən 20 min nəfər elektrik enerjisiz qalıb. Hadisələr zamanı xəsarət alanların olmadığı bildirilib.
10:15 18.10.2026
Oxunuş sayı: 75