Pakistan yeni “Fatah-4” raketini sınaqdan keçirdi
Pakistan “Fatah-4” qanadlı raketinin daha uzun mənzilli yeni versiyasını uğurla sınaqdan keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.
Bildirilib ki, raket təxminən 50 metr yüksəklikdə uçaraq hava hücumundan müdafiə sistemlərindən yayınmaq imkanına malikdir.
“Fatah-4” raketinin baza versiyasının uçuş məsafəsi 750 kilometr, dəqiqliyi isə təxminən 5 metrdir.
Yeni versiyanın dəqiq uçuş məsafəsi açıqlanmayıb.
16:04 06.10.2026
Oxunuş sayı: 25