Ukrayna ordusunda vahid komandanlıqla bağlı problem yaranıb
Ukrayna ordusunda baş verənlər baş komandanla prezident arasında fikir ayrılığına işarə edə bilər.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə hərbi analitik, “Vatfor” layihəsinin həmtəsisçisi Sergey Poletayevə istinadən məlumat yayıb.
Poletayevin fikrincə, Ukrayna mediasında yayılan məlumatlar və hərbçilərin baş komandan Mixail Drapatının səlahiyyətlərinin kifayət qədər olmadığı barədə açıqlamaları onun Prezident Volodimir Zelenski ilə fikir ayrılığının ola biləcəyini göstərir.
Analitik qeyd edib ki, Ukrayna baş komandanının təklif etdiyi kadr qərarları və islahatlarla bağlı Zelenskinin istəksiz razılıq verməsi barədə açıqlamalar da bu ehtimalı gücləndirir. O, həmçinin Drapatı ilə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəisi Skibyuk arasında fikir ayrılığının ola biləcəyini istisna etməyib.
Poletayev bildirib ki, orduda vahid komandanlıq prinsipinin pozulması Kiyev üçün problem yarada bilər.
Daha əvvəl ukraynalı jurnalist Yuri Butusov yeni baş komandan Mixail Drapatının sələfi Aleksandr Sırski ilə müqayisədə daha az səlahiyyətə malik olduğunu bildirmişdi. Onun sözlərinə görə, Sırski müxtəlif vəzifələrdə çalışarkən özünün təyin etdiyi şəxsləri ətrafı
23:29 05.10.2026
Oxunuş sayı: 75