Rusiyanın böyük şəhərlərindən birinin meri vəzifədən getdi
Krasnodar meri Yevgeni Naumov istefa verib.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə şəhər Dumasının deputatı Aleksandr Safronova istinadən məlumat yayıb.
Naumovun istefası barədə deputat “Telegram” kanalında məlumat verib.
“Kub Mash” teleqram kanalının iddiasına görə, son dörd il ərzində şəhər rəhbərinin ictimaiyyətlə əlaqələrinə 790 milyon rubl xərclənib. Bildirilir ki, Naumov mediada müsbət imic formalaşdırmaq məqsədilə müavinlərinin ezamiyyət xərclərinə qənaət edib.
Safronov bildirib ki, Naumovun fəaliyyət dövründə onun ünvanına çoxsaylı iradlar səsləndirilib. Deputatın sözlərinə görə, Krasnodar administrasiyası bu il qarın təmizlənməsi və daşqınların aradan qaldırılması ilə bağlı işlərin öhdəsindən gələ bilməyib.
Naumovun istefasından sonra Krasnodar meri vəzifəsini şəhərin birinci vitse-meri Dmitri Vasilyevin tutacağı bildirilir.
Qeyd edək ki, bundan əvvəl Yekaterinburq meri Aleksey Orlovun da vaxtından əvvəl istefa verdiyi açıqlanmışdı.
23:12 05.10.2026
Oxunuş sayı: 76