Qadını zorlayaraq öldürən şəxslərə AĞIR CƏZA
13 il əvvəl Rusiyada zorlama və qətl törətməkdə təqsirləndirilən Seymur Məmişov və Elxan Xuduyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Crossmedia.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər son söz dedikdən sonra zərərçəkənin hüquqi varisi, qətlə yetirilən Azalya Aslanovanın anası prosesə onlayn qoşularaq təqsirləndirilənlərdən 5 milyon rubl (100 000 AZN) təzminat tələb edib.
Müşavirədən sonra hökm oxunaraq Seymur Məmişov 13 il, Elxan Xuduyev isə 14 il azadlıqdan məhrum ediliblər.
17:41 23.09.2026
Oxunuş sayı: 45