Putin Cənubi Osetiyanın prezidentini təbrik edib
Rusiya Prezidenti Vladimir Putin Cənubi Osetiyanın yeni prezidenti Marat Kambolovu seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin Kambolovla telefon danışığı zamanı onu seçkilərdəki inamlı qələbəsi münasibətilə təbrik edib.
Sentyabrın 18-də Cənubi Osetiyada növbədənkənar prezident seçkiləri keçirilib. Seçkidə prezident səlahiyyətlərini icra edən Marat Kambolov, “Birlik” partiyasının lideri Zurab Kokoyev, “Alaniya Patriotları” partiyasından Murat Valiev və seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülən Kazbek Kodoyev iştirak edib.
Putin seçkilərdə seçici fəallığının və Kambolova dəstəyin yüksək olduğunu qeyd edib. Rusiya lideri Cənubi Osetiyanın yeni prezidentinə seçkiqabağı planlarını uğurla həyata keçirməyi arzulayıb.
Qeyd edək ki, Kambolov daha əvvəl Cənubi Osetiyada gənclər üçün yeni mərkəzin yaradılacağını açıqlayıb. Mərkəzin yaradılması üçün keçmiş “Farna” binasına təxminən 100 milyon rubl vəsait ayrılıb.
21:42 19.09.2026
Oxunuş sayı: 49