CROSSMEDIA - ABŞ Maliyyə Nazirliyinə Çin tərəfindən kiberhücum edilib
Xarici xəbərlər

ABŞ Maliyyə Nazirliyinə Çin tərəfindən kiberhücum edilib

ABŞ Maliyyə Nazirliyi dekabrın əvvəlində Çin dövləti tərəfindən kiberhücuma məruz qalıb.

Crossmedia.az xəbər verir ki, məsələ ilə bağlı ABŞ Maliyyə Nazirliyinin Konqresə göndərdiyi məktubda məlumat verilib. Məktubda “əhəmiyyətli bir hadisənin” baş verdiyinin müəyyən edildiyi bildirilib.

Dekabrın 8-də hakerlər Xəzinədarlıq Departamentinin son istifadəçilərinə uzaqdan texniki dəstək göstərən bulud xidmətinə giriş əldə ediblər.

Belə ki, hakerlər bəzi iş stansiyalarına uzaqdan giriş əldə ediblər və bəzi məxfi sənədlərə daxil olublar.
Sözügedən hadisənin Çin dövləti tərəfindən törədildiyi bildirilib.

Nazirlik tərəfindən verilən açıqlamada, hadisə ilə bağlı Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinə (CISA) müraciət edildiyi bildirilib. Həmçinin bunun təsirini müəyyən etmək üçün təhlükəsizlik qüvvələri ilə birlikdə çalışdığı da ifadə edildi.

“Təhlükəyə girən "BeyondTrust" xidməti oflayn rejimə gətirilib. Təhlükə aktorunun Xəzinədarlıq sistemlərinə və məlumatlarına daxil olmaqda davam etdiyinə dair heç bir sübut yoxdur” - bəyanatda deyilir.

Açıqlamada Xəzinədarlığın öz sistemlərinə və məlumatlarına qarşı bütün təhdidləri çox ciddi qəbul etdiyi vurğulanıb və əlavə edilib: “Xəzinədarlıq son dörd il ərzində kiber müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirib. Maliyyə sistemimizi təhdidlərdən qorumaq üçün həm özəl, həm də dövlət sektoru ortaqlarıyla birlikdə işləməyə davam edəcəyik." - deyə bildirib.

Tərlan Əmrahova

09:10 31.12.2024

Oxunuş sayı: 4337

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR