Türkiyənin yeni silah texnologiyası diqqət çəkdi
Türkiyənin aviasiya bombaları üçün hazırlanan yeni tuşlama dəstləri onların yüksək dəqiqlikli silahlara çevrilməsinə imkan verir. “Aselsan” şirkəti bu sistemlərin sınaq atışlarını nümayiş etdirib.
Crossmedia.az xəbər verir ki, “Aselsan” bu barədə məlumat yayıb.
Sınaqlar zamanı LGK-84 və LGK-82 lazer tuşlama dəstləri zirehli hədəfləri yüksək dəqiqliklə vurub. Gözde yüksək dəqiqlikli tuşlama dəsti isə lazer başlıqlı özüyönəlmə sistemi vasitəsilə hərəkətdə olan hədəfi məhv edib.
10:02 10.09.2026
Oxunuş sayı: 47