Bakıda tanışını öldürən şəxsə ağır cəza verildi
Bakıda tanışını qəsdən öldürməkdə təqsirli bilinən İqor Lısenko 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Crossmedia.az xəbər verir ki, məhkəmə İqor Lısenkonu qəsdən adam öldürməkdə təqsirli bilib.
Dövlət ittihamçısı onun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İstintaqın məlumatına görə, İqor Lısenko Şüvəlan qəsəbəsində tanışı İlqar Məmmədovu qəsdən öldürüb.
Məhkəmənin hökmü ilə Lısenko 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
21:06 09.09.2026
Oxunuş sayı: 37