İran gizli nüvə obyektinin tikintisini sürətləndirir
İran qranit dağın dərinliyində yerləşən və nüvə proqramı ilə əlaqələndirilən obyektin tikintisini sürətləndirib.
Crossmedia.az xəbər verir ki, CNN bu barədə məlumat yayıb.
“Kirkin dağı” (“Pickaxe Mountain”, “Kolang Gaz La” kimi də tanınır) adı ilə tanınan obyektin uranın zənginləşdirilməsi üçün sentrifuqaların yerləşdirilməsi və bu istiqamətdə işlərin aparılması üçün nəzərdə tutulduğu ehtimal edilir.
Obyektin böyük dərinlikdə yerləşməsi onun ABŞ-nin hazırda mövcud olan bunkerdağıdan bombaları üçün əlçatmaz ola biləcəyi ehtimalını artırır. ABŞ Prezidenti Donald Tramp daha əvvəl bu obyektə “çox tezliklə” zərbə endirilə biləcəyini bildirib.
CNN-nin məlumatına görə, Pentaqon belə dərinlikdə yerləşən hədəflərin vurulması yollarını araşdırır və yeni nəsil bunkerdağıdan sursat hazırlayır.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) analitikləri isə obyektin hələ fəaliyyət göstərmədiyini hesab edirlər. Bununla belə, onların qiymətləndirməsinə görə, tikinti işləri daxili avadanlıqların quraşdırılması və obyektin möhkəmləndirilməsi mərhələsinə keçib.
18:38 09.09.2026
Oxunuş sayı: 35