İraq ABŞ və İranı diplomatik yola qayıtmağa çağırdı
İraq Tehranla Vaşinqton arasında gərginliyin qarşısının alınmasının və regionda sabitliyin bərpa edilməsinin vacibliyini vurğulayıb.
Crossmedia.az xəbər verir ki, İraqın xarici işlər naziri Fuad Hüseyn Ərəb Dövlətləri Liqasının sammitində sədr qismində çıxış edərkən bu barədə danışıb.
O, həmrəyliyin gücləndirilməsinin vacibliyini qeyd edərək, regiondakı münaqişələrin iqtisadi nəticələri ilə bağlı xəbərdarlıq edib.
Hüseynin sözlərinə görə, Tehranla Vaşinqton arasında hazırkı gərginlik region ölkələrinin təhlükəsizliyinə və dünya iqtisadiyyatına ciddi təsir göstərir. Bu vəziyyət beynəlxalq bazarlarda da ciddi narahatlıq yaradır.
İraq xarici işlər naziri bildirib ki, münaqişələrə cəlb olunan tərəflər arasında dialoq kanallarının açılması və sülh yolu ilə həll yollarının tapılması maliyyə və iqtisadi böhranların daha geniş miqyasda yayılmasının qarşısını almağın yeganə yoludur.
13:04 08.09.2026
Oxunuş sayı: 49