Bu gün Bakıda leysan və şimşək gözlənilir
Bakıda və Abşeron yarımadasında bu gün bəzi yerlərdə fasilələrlə yağış yağacağı, ayrı-ayrı ərazilərdə yağışın qısamüddətli leysan xarakterli olacağı və şimşək çaxacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, hava şəraiti dəyişkən buludlu, arabir tutulmuş olacaq. Gün ərzində əsasən yağmursuz hava müşahidə edilsə də, bəzi yerlərdə yağıntı ehtimalı var
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-23°, gündüz 28-32°, axşam isə 26° isti olacaq.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağışın leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.
Rayonlarda havanın temperaturu gecə 18-23°, gündüz 30-34° isti olacaq. Dağlıq ərazilərdə gecə 12-17°, gündüz isə 18-23° isti təşkil edəcək.
09:34 07.09.2026
Oxunuş sayı: 50