Rusiyada keçmiş nazir müavini həbsdən qurtula bilməyib
Rusiya Ali Məhkəməsi keçmiş müdafiə nazirinin müavini Timur İvanov barəsində çıxarılmış hökmü qanuni hesab edib.
Crossmedia.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Denis Baluyev bildirib.
O, mənimsəmə və vəsaitlərin yuyulması ittihamları üzrə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə iclası qapalı keçirilib. Həmçinin iş üzrə digər təqsirləndirilən şəxs, İvanovun keçmiş tabeliyində çalışan Anton Filatov barəsindəki hökm də qüvvədə saxlanılıb.
21:25 03.09.2026
Oxunuş sayı: 44