Tramp Baydenin Ukraynaya verdiyi milyardları geri istəyir
ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Co Baydenin Ukraynaya və NATO-ya yüz milyardlarla dollar dəyərində sursatı əvəzsiz təqdim etdiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Trampın sözlərinə görə, Bayden administrasiyası tərəfindən Kiyevə verilən sursatın dəyəri ABŞ-nin İrana qarşı istifadə etdiyi sursatın dəyərindən daha çox olub.
“Biz bu pulları tələb edəcəyik, bir qədər gec olsa belə. Ukraynaya və NATO-ya yüz milyardlarla dollar dəyərində sursat əvəzsiz verilib. Əgər Avropadan xahiş edilsəydi, bunun pulunu ödəyərdi”, – Tramp deyib.
20:58 03.09.2026
Oxunuş sayı: 43