Ukrayna dron müharibəsində yeni mərhələyə keçir
Ukrayna reaktiv ˝Şahidlə˝rə qarşı istifadə olunacaq yüksək sürətli dron-interseptorların hazırlanmasını sürətləndirir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, ölkədə artıq bu vəzifəni yerinə yetirə biləcək istehsalçılar var və yeni silahların prototipləri hazırlanıb.
Hazırda onların effektivliyinin tələb olunan səviyyəyə çatdırılması istiqamətində işlər davam etdirilir.
Zelenski, həmçinin hava hücumundan müdafiə sistemlərinin müəyyən növlərinin istehsalı, tədarükü və sazlanmasına özəl şirkətlərin cəlb edilməsi ilə bağlı konkret müddət və vəzifələrin müəyyənləşdirildiyini bildirib.
Onun sözlərinə görə, əsas məqsəd Rusiyanın sürətli hücum vasitələrinin istehsalını artırması fonunda kifayət qədər sayda sürətli dron-interseptor və ucuz raketlərlə təmin olunmaqdır.
“Rəqibin planları barədə kəşfiyyatımız dəqiq məlumatlara malikdir və resurslarımız bu təhlükəyə aydın cavab verməyə yönəldilib. Biz də asimmetrik şəkildə hərəkət edəcəyik”, – Zelenski deyib.
19:05 03.09.2026
Oxunuş sayı: 44