Pavlovski Posadda dron yaşayış binasına düşüb
Moskva vilayətinin Pavlovski Posad şəhərində pilotsuz uçuş aparatı çoxmənzilli yaşayış binasına düşüb, nəticədə səkkiz mənzilin pəncərələri sınıb və sakinlərin təxliyəsinə başlanılıb.
Crossmedia.az xəbər verir ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bu barədə məlumat yayıb.
Məlumata görə, hadisə şəhərin 1 May küçəsində yerləşən çoxmənzilli binada baş verib. Dronun düşməsi nəticəsində yanğın baş verməyib, lakin səkkiz mənzilin pəncərələri sınıb.
Hazırda sakinlərin təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilir. Hadisə yerində operativ və fövqəladə xidmətlər çalışır.
Vorobyovun məlumatına əsasən, gecə ərzində Moskva vilayəti üzərində ümumilikdə 56 pilotsuz uçuş aparatı məhv edilib. Bölgənin bir sıra ərazilərində hava hücumundan müdafiə qüvvələrinin fəaliyyəti davam edib.
11:18 03.09.2026
Oxunuş sayı: 46