Bəhreyn ordusu tam döyüş hazırlığına keçib
Bəhreyn Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin İran tərəfindən buraxıldığı bildirilən bir sıra raketlərin qarşısını aldığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirlik Tehranın mülki əhaliyə hücum etməklə düşmənçilik siyasətini davam etdirdiyini bildirib.
Həmçinin qeyd olunub ki, Bəhreynin bütün Hərbi Hava Qüvvələri və bölmələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
22:55 02.09.2026
Oxunuş sayı: 50