Rusiyalı ekspertin təklifi gündəm yaratdı: iki sərhəd bağlana bilər
Rusiyalı hərbi ekspert Yuri Knutov Ukraynadan Rumıniya və Polşaya keçən sərhədlərin bağlanmasının Qərbdən hərbi yüklərin Ukraynaya çatdırılmasının qarşısını ala biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “NEWS.ru” bu barədə məlumat yayıb.
Knutovun sözlərinə görə, Rusiya həmçinin Qərbi Ukraynaya çata bilən PUA-ların sayını və “İskəndər” raketlərinin istehsalını artırmalıdır. O, bu addımların Ukraynanın Rusiyanın hava məkanında mümkün təxribatlarının qarşısını almağa kömək edə biləcəyini iddia edib.
Ekspert bu fikirlərini Ukrayna Prezidenti Volodimir Zelenskinin sentyabrın 1-də Rusiya hava məkanının mülki aviasiya üçün faktiki olaraq bağlanacağı barədə açıqlamasından sonra səsləndirib. Zelenski bildirib ki, Ukrayna mülki təyyarələri hədəfə almaq niyyətində deyil, lakin Rusiya səmasında PUA-ların sayının artacağını və uçuşların təhlükəli olacağını vurğulayıb.
Rusiya Prezidenti Vladimir Putin isə Zelenskinin açıqlamasını “dövlət terrorizmi”nə dair siqnal kimi qiymətləndirib.
14:56 02.09.2026
Oxunuş sayı: 42