Quterreşdən Kiyevə və Moskvaya sülh mesajı
BMT-nin baş katibi Antonio Quterreş Ukraynada tam və dərhal atəşkəsin elan olunmasının vaxtının çatdığını bildirib.
Crossmedia.az xəbər verir ki, BMT bu barədə məlumat yayıb.
Quterreş bu sözləri Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində səsləndirib. O bildirib ki, atəşkəs ədalətli, davamlı və hərtərəfli sülhə dair danışıqların başlanmasına yol aça bilər.
Quterreş vurğulayıb ki, sülh prosesi beynəlxalq hüquqa uyğun şəkildə aparılmalıdır
15:03 01.09.2026
Oxunuş sayı: 45