Özbəkistanda sovet dövrü siyasi repressiya qurbanları yad edilib
Özbəkistanda sovet illərində siyasi repressiyaların qurbanı olmuş şəxslərin xatirəsi yad edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Daşkənddə Siyasi Repressiya Qurbanlarının Anım Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, dövlət xadimləri, dini liderlər, ziyalılar, ağsaqqallar və yerli sakinlər iştirak ediblər.
Sovet repressiyaları illərində həlak olanların xatirəsinə dualar edilib və Qurani-Kərim oxunub. Tədbir iştirakçılarına ənənəvi özbək plovu da təqdim olunub.
22:45 31.08.2026
Oxunuş sayı: 48