ABŞ bir aydan sonra İrana zərbə endirib
ABŞ ordusu bir aylıq fasilədən sonra İrana qarşı ilk hərbi hücumu həyata keçirib. Zərbə Hörmüz boğazındakı Larak adasında yerləşən İran raket qurğularına endirilib.
Crossmedia.az xəbər verir ki, “The Guardian”ın məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı hücumun İran qüvvələrinin Hörmüz boğazına yeni dəniz minaları yerləşdirməyə hazırlaşdığının aşkarlanmasından sonra həyata keçirildiyini bildirib.
Bundan sonra İran ABŞ-nin İordaniya və Birləşmiş Ərəb Əmirliklərindəki hərbi mövqelərinə zərbələr endirib. Məlumata görə, ABŞ və BƏƏ-nin hava hücumundan müdafiə sistemləri raket və PUA təhdidlərinin bir hissəsini zərərsizləşdirib.
ABŞ Prezidenti Donald Tramp ötən həftə ABŞ Hərbi Dəniz Qüvvələrinin münaqişənin başladığı fevralın 28-dən bəri ilk dəfə Hörmüz boğazını minalardan təmizlədiyini bildirmişdi. İran isə bu açıqlamanı təkzib etmişdi.
15:59 31.08.2026
Oxunuş sayı: 51