Tanker Hörmüz boğazında minaya düşüb
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından cənub marşrutu ilə hərəkət edən supertankerin iki minaya düşdüyünü açıqlayıb.
Crossmedia.az xəbər verir ki, SEPAH-ın məlumatına görə, minaların partlamasından sonra gəmidə yanğın başlayıb.
SEPAH həmçinin boğazda elan etdiyi təhlükəsizlik tədbirlərinə əməl etməyən gəmilərin ekipajlarının da oxşar təhlükə ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
14:33 31.08.2026
Oxunuş sayı: 50