Heyətlər İstanbulda bir araya gəldi
Mekke Ortak Savunma Anlaşması çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk toplantısından əvvəl Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının nümayəndə heyətləri İstanbulda bir araya gəlib.
Crossmedia.az xəbər verir ki, iclas öncəsi Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi general-polkovnik Selçuk Bayraktaroğlu Pakistan və Səudiyyə Ərəbistanından olan rəsmilərlə söhbət ediblər.
Komitənin ilk toplantısı İstanbulda, Türkiyənin ev sahibliyi ilə keçirilir. Görüşdə üç ölkənin xarici işlər və müdafiə nazirləri, eləcə də baş qərargah rəisləri iştirak edir.
Gündəliyə beynəlxalq təhlükəsizlik məsələləri, müdafiə imkanlarının inkişaf etdirilməsi, silahlı qüvvələr arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, müdafiə sənayesində birgə istehsal və tədqiqat əməkdaşlığı, həmçinin terrorla mübarizədə birgə səylərin artırılması daxildir.
Mekke Ortak Savunma Anlaşması Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı tərəfindən 7 avqust 2026-cı ildə imzalanıb.
14:27 31.08.2026
Oxunuş sayı: 53