ABŞ Səudiyyə Ərəbistanına “yox” dedi
Səudiyyə Ərəbistanının ABŞ-ni Yəməndə husilərə qarşı birbaşa hərbi müdaxiləyə razı salmağa çalışdığı bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin “Kan” telekanalının məlumatına görə, Ər-Riyad Vaşinqtonu Yəməndəki qruplaşmalara qarşı hərbi əməliyyat keçirməyə çağırıb.
Məlumata əsasən, ABŞ tərəfi Səudiyyə Ərəbistanının bu təklifini qəbul etməyib və Yəmənə qarşı hərbi əməliyyata qoşulmaqdan imtina edib.
10:50 30.08.2026
Oxunuş sayı: 47