Hörmüzün taleyi ilə bağlı şok açıqlama
ABŞ administrasiyasının siyasi məsələlər üzrə rəhbərinin müavini Stiven Miller İranla bağlı əməliyyatın nəticələrini misli görünməmiş adlandırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Millerin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp İranla mübarizədə tarixdə heç kimin əldə etmədiyi nəticələrə nail olub.
“Boğaz Amerika üçün açıq, İran üçün bağlıdır. İran donanması məhv edilib, hava qüvvələri məhv edilib, radarlar məhv edilib, bütün hərbi komandanlıq sistemi, eləcə də ölkənin terrorçu rəhbərliyi sıradan çıxarılıb”, – deyə Miller bildirib.
O, əldə olunan nəticəni müasir müharibələr tarixində ən asimmetrik hərbi nailiyyət kimi qiymətləndirib.
Qeyd edək ki, Hörmüz boğazının statusu ilə bağlı ABŞ və İranın mövqeləri kəskin şəkildə fərqlənir. ABŞ administrasiyası boğazın açıq olduğunu və Vaşinqtonun burada nəzarəti təmin etdiyini bildirir, İran isə əksinə, boğaz üzərində nəzarətə malik olduğunu bəyan edir.
21:15 29.08.2026
Oxunuş sayı: 55