Diaspor

Azərbaycan Yaponiyada keçirilən Gənclər Festivalında təmsil olunub

Yaponiyanın Vakayama prefekturasında Tanabe Təhsil Komitəsinin dəstəyi və “Youth Fest” Komitəsinin təşkilatçılığı ilə "Gənclər Festivalı" adlı mədəniyyət tədbiri keçirilib. Tanabe şəhərində yuxarı sinif şagirdləri tərəfindən “Tanabe Enplus” mərkəzində keçirilən festivalda yemək və sərinləşdirici içki satışı, ustad dərsləri, müxtəlif təqdimatlar təşkil olunub.

Crossmedia.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, tədbirdə soydaşımız Minarə Şükürova Azərbaycan haqqında təqdimatla çıxış edərək, qonaqlara mədəniyyətimiz və tariximiz haqqında ətraflı məlumat verib. Festival zamanı xoreoqraf Lalə Aslanur yaponlara Azərbaycan rəqsləri haqqında onlayn dərs keçib.

Qeyd edək ki, “Mənimlə rəqs et” layihəsinin rəhbəri Lalə Aslanur 5 ildən çoxdur milli rəqslərimizi təbliğ edir, Azərbaycan mədəniyyətini dünyada tanıdır. Növbəti belə ölkə Yaponiya olub. Azərbaycan milli rəqsləri gündoğar ölkənin sakinləri tərəfindən maraqla qarşılanıb.

13:46 29.12.2024

Oxunuş sayı: 4422

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR