Peskov: Moskva hərbi eskalasiya istəmir
Moskva hərbi eskalasiyada maraqlı deyil, lakin Rusiya iqtisadi və ticarət infrastrukturuna zərbələrə sərt cavab verəcək.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna Rusiyanın iqtisadi və ticarət infrastrukturuna zərbələr endirməyə çalışır və bunun qarşılığında Moskvanın sərt cavab verməsi mümkündür.
“Əgər söhbət hərbi eskalasiyadan gedirsə, buna ehtiyacımız yoxdur. Çünki biz onsuz da irəliləyirik”, – Peskov deyib.
14:24 27.08.2026
Oxunuş sayı: 44