Pezeşkian: İran iqtisadi təzyiqə qarşı QƏTİYYƏTLƏ müqavimət göstərəcək
İran problemlərin həllində qarşılıqlı əlaqə və danışıqlar prinsiplərini rəhbər tutur və iqtisadi təzyiq qarşısında qətiyyətli mövqe nümayiş etdirmək niyyətindədir.
Crossmedia.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bunu Mərkəzi Bankda iqtisadçılarla görüşü zamanı bildirib.
“IRNA”nın məlumatına görə, görüşdə ABŞ ilə fikir ayrılıqlarının diplomatik yolla həlli imkanları və Vaşinqtonun İrana qarşı iqtisadi təzyiqi müzakirə olunub.
Pezeşkian İran hökumətinin iqtisadi təzyiq qarşısında geri çəkilməyəcəyini vurğulayıb. O, ölkənin iqtisadi qurumları tərəfindən nəzərdə tutulan tədbirlərin həyata keçiriləcəyini bildirib.
17:58 26.08.2026
Oxunuş sayı: 43