Özbəkistanın futbol liqası “Sabah”ı təbrik etdi
Özbəkistan Peşəkar Futbol Liqası Azərbaycanın “Sabah” klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı təşkilatın “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
“Sabah” klubunu UEFA Çempionlar Liqasının liqa mərhələsinə layiqli vəsiqə qazanması münasibətilə ürəkdən təbrik edirik. Qardaş Azərbaycan klubuna Avropanın ən nüfuzlu klub turnirində uğurlar, parlaq qələbələr və yeni nailiyyətlər arzulayırıq”, - deyə paylaşımda bildirilib.
17:33 26.08.2026
Oxunuş sayı: 43