Fransanın cənub-qərbində güclü tornado dağıntılara səbəb olub
Fransanın cənub-qərbində yerləşən Od departamentində nadir hesab edilən güclü tornado ciddi dağıntılara səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb.
Yayılan görüntülərdə evlərin damlarının dağıldığı, avtomobillərin aşdığı və küçələrə müxtəlif əşyaların səpələndiyi görünür.
Bəzi sakinlərin evlərinə qayıda bilməyəcəyi bildirilir. Belə ki, bir sıra binalar yaşayış üçün yararsız hesab edilib.
12:22 26.08.2026
Oxunuş sayı: 54