Ərdoğanın öldüyünü yazdılar – ÜÇ JURNALİST SAXLANILDI
Türkiyənin Aydın şəhərində üç jurnalist prezident Rəcəb Tayyib Ərdoğanın öldüyü barədə yanlış anlaşılmaya səbəb olan paylaşım yaymaqda ittiham edilərək saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb.
Məlumata görə, “Aydın Denge” qəzeti sosial şəbəkə hesabında “Ərdoğan vəfat edib” başlıqlı paylaşım yayıb. Yazıda prezident Rəcəb Tayyib Ərdoğanın deyil, Gülşən Ərdoğan adlı vətəndaşın vəfatından bəhs edilib.
Buna baxmayaraq, Aydın şəhər prokurorluğu yanıltıcı məlumat yayılması maddəsi ilə araşdırmaya başlayıb. Bu maddə üzrə 4 il 6 ayadək həbs cəzası nəzərdə tutulur.
Qəzetin nümayəndəsi Emin Aydın, baş redaktoru Yeşim Ülkən və müxbiri İslam Keleş saxlanılıb.
12:12 26.08.2026
Oxunuş sayı: 58