KİV: Aİ Rusiyanın aktivlərindən Ukraynaya yardım üçün istifadə barədə razılığa gələ bilmir
Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya yardım məqsədilə istifadə edilməsi məsələsində razılığa gələ bilmir.
Crossmedia.az xəbər verir ki, “Euractiv” bu barədə məlumat yayıb.
Belçika Rusiyanın aktivlərinin istifadəsi ideyasının əsas əleyhdarı olaraq qalır. Bəzi Aİ ölkələri vəsaitlərin Kiyevə yönəldilməsini dəstəkləsə də, digər dövlətlər bunun mümkün hüquqi nəticələrindən narahatdır.
13:03 25.08.2026
Oxunuş sayı: 56