İsveçrədə Rusiya aktivlərinin müsadirəsi üçün hüquqi əsasların olmadığı bildirilib
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi üçün hazırda hüquqi əsasların olmadığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, SECO-nun nümayəndəsi Fabian Mayenfiş bu barədə danışıb.
“Hazırda İsveçrədə qanuni yolla əldə edilmiş Rusiya vətəndaşlarının özəl aktivlərinin və ya Rusiya Mərkəzi Bankının aktivlərinin müsadirəsi üçün hüquqi əsaslar yoxdur”, – deyə o bildirib.
SECO-nun məlumatına görə, İsveçrədə dondurulmuş Rusiya vətəndaşlarına məxsus özəl vəsaitlərin həcmi 2025-ci ildəki 7,4 milyard İsveçrə frankından 2026-cı ildə 8,5 milyard frankadək yüksəlib.
Rusiya Mərkəzi Bankının aktivləri isə 2022-ci ildə Ukraynada müharibənin başlamasından sonra bloklanıb. Rusiya Mərkəzi Bankının qiymətləndirməsinə əsasən, itirilmiş gəlirlər də nəzərə alınmaqla bu aktivlərin təxminən 200 milyard avroluq hissəsi Avropanın ən böyük depozitarı olan “Euroclear”də saxlanılır.
Moskva buna cavab olaraq “dost olmayan” ölkələrdən olan xarici investorların aktivləri və onlardan əldə olunan gəlirlər üçün xüsusi “C” tipli hesablar yaradıb. Bu vəsaitlərin ölkədən çıxarılması yalnız xüsusi hökumət komissiyasının qərarı ilə mümkündür.
10:39 25.08.2026
Oxunuş sayı: 49