AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında daha iki qarşılaşma keçiriləcək
Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda bu gün daha iki qarşılaşma keçiriləcək.
Crossmedia.az-ın məlumatına görə, saat 15:30-da Rumıniya millisi Belçika ilə üz-üzə gələcək.
Saat 18:30-da isə Niderland yığması İspaniyanı sınağa çəkəcək.
Xatırladaq ki, C qrupunun oyunları Milli Gimnastika Arenasında avqustun 28-dək təşkil olunacaq. Azərbaycan millisi hazırda 8 xalla qrup lideridir.
09:47 25.08.2026
Oxunuş sayı: 41