Baku TV: Kalyan minarəsi Buxaranın tarixini bu günə daşayan möhtəşəm abidələrdən biridir
Prezident İlham Əliyevin Özbəkistanın Buxara şəhərinə səfəri zamanı ziyarət etdiyi məkanlardan biri şəhərin əsas simvollarından sayılan "Kalyan" minarəsidir.
Crossmedia.az xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin Buxaraya səfəri ilə bağlı "Baku TV"nin hazırladığı süjetdə qeyd olunub.
Qeyd edilib ki, XII əsrdə inşa edilən bu tikilinin hündürlüyü 45 metrdən çoxdur.
"Kalyan" minarəsi bişmiş kərpicdən hazırlanmış naxışları ilə seçilir.
Əsrlər ərzində şəhərin memarlıq simvollarından biri kimi qorunan minarə yalnız dini məqsədlərlə deyil, eyni zamanda müşahidə məntəqəsi kimi də istifadə olunub.
Daha ətraflı videoda:
19:20 24.08.2026
Oxunuş sayı: 47