Zaxarova Almaniyanın ittihamlarına cavab verdi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniya mediasının Moskvanın guya Almaniya xarici işlər naziri Yohann Vadefulun Kiyevə səfəri zamanı Borispola zərbə endirməklə Berlini təhqir etdiyi barədə iddialarına cavab verib.
Crossmedia.az xəbər verir ki, Zaxarova “İzvestiya”ya açıqlamasında bildirib ki, Almaniya uzun illərdir Ukraynaya dəstək verir və Kiyev rejiminin həyata keçirdiyi, nəticədə uşaqların öldüyü zərbələri dəstəkləyir.
14:36 24.08.2026
Oxunuş sayı: 43