Rusiyanın 9 regionunda 351 PUA məhv edilib
Rusiyanın doqquz regionunda, həmçinin Azov və Qara dənizlərin akvatoriyasında gecə ərzində 351 pilotsuz uçuş aparatı məhv edilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə tipli PUA-lar Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən Həştərxan, Belqorod, Bryansk, Kursk və Rostov vilayətləri, Krasnodar və Stavropol diyarları, Adıgey Respublikası və Krım ərazisi üzərində, eləcə də Azov və Qara dənizlər üzərində zərərsizləşdirilib.
Məlumatın Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslandığını qeyd etmək lazımdır.
10:14 24.08.2026
Oxunuş sayı: 65