Aya çırpılan raketin izi ilk dəfə görüntülənib
NASA Ayın orbitindəki Lunar Reconnaissance Orbiter (LRO) vasitəsilə SpaceX-in Falcon 9 raketinin üst mərhələsinin Ay səthinə çırpıldığı ərazinin yeni görüntülərini yayımlayıb.
Crossmedia.az bu barədə ˝CNN Türk˝ə istinadən xəbər verir.
Məlumata görə, 15 yanvar 2025-ci ildə iki Ay eniş aparatını daşımaq üçün kosmosa göndərilən Falcon 9 raketinin missiyadan sonra orbitdə qalan üst mərhələsi təxminən bir il yarım sonra, 5 avqust 2026-cı ildə Ay səthinə çırpılıb.
Toqquşma nəticəsində Ay səthində təxminən 18 metr diametrində krater yaranıb.
NASA bildirib ki, LRO-nun çarpma nöqtəsinə uyğun mövqeyə gəlməsi altı gün çəkib. Yeni yaranmış kraterin görüntülənməsi isə son dərəcə dəqiq hesablamalar tələb edib. Hətta çəkilişdə 10 saniyəlik gecikmənin kraterin görüntü çərçivəsindən çıxmasına səbəb ola biləcəyi qeyd edilib.
NASA tədqiqatçıları toqquşmanın nə Ay, nə də Yer üçün təhlükə yaratmadığını bildiriblər.
03:24 24.08.2026
Oxunuş sayı: 71