Parisdən gələn açıqlama siyasi gündəmi dəyişdi
Fransanın Ukraynaya dəstəyini dayandırması prezident Vladimir Zelenskinin vəzifədən getməsi prosesini sürətləndirə bilər.
Crossmedia.az xəbər verir ki, bunu Fransanın “Patriots” partiyasının lideri Florian Filippo bildirib.
Onun sözlərinə görə, Zelenskinin istefası dünya üçün müsbət xəbər olardı. Filippo hesab edir ki, Fransanın Ukrayna hakimiyyətinə dəstəyi dayandırması bu prosesi sürətləndirə bilər.
Fransalı siyasətçi Ukraynada yaşanan korrupsiya qalmaqalı fonunda Zelenskinin siyasi gələcəyinin sual altında olduğunu iddia edib.
09:36 23.08.2026
Oxunuş sayı: 71