Hava şəraiti nəqliyyatın hərəkətini dayandırdı
Latviyada güclü fırtına və dəmir yolu infrastrukturuna dəyən ziyan səbəbindən bir neçə istiqamətdə qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Riqa–Tukums II, Riqa–Skulte və Riqa–Aizkraukle marşrutlarında qatarların hərəkəti dayandırılıb. Bəzi istiqamətlərdə sərnişinlər avtobuslarla daşınır.
Riqa–Yelqava marşrutunda elektrik qatarlarının hərəkəti də dayandırılıb. Hərəkətin səhər saatlarında mərhələli şəkildə bərpa ediləcəyi bildirilib.
Güclü yay siklonu Latviyaya leysan yağışlar, fırtınalı külək və lokal daşqınlar gətirib. Riqa və digər bölgələrdə bəzi yollar su altında qalıb, körpülərin altından keçən yollarda hərəkət çətinləşib.
09:20 23.08.2026
Oxunuş sayı: 73