Kreml Paşinyanla bağlı QƏRAR VERDİ
Rusiya Baş nazir Nikol Paşinyanın hakimiyyəti dövründə Ermənistana qarşı sərt tədbirlər əvəzinə seçici iqtisadi təzyiq və praqmatik əməkdaşlıq siyasətinə üstünlük verə bilər.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Kreml hesab edir ki, İrəvanın Qərb tərəfdaşları ilə əməkdaşlığı dərinləşdirdiyi bir vaxtda həddindən artıq təzyiq Ermənistanın Rusiyadan strateji uzaqlaşmasını sürətləndirə bilər.
İyulun əvvəlində Paşinyanın Rusiya səfəri zamanı ikitərəfli münasibətlərin normallaşdırılması məsələsi müzakirə olunub. Rusiya tərəfi Ermənistanla əməkdaşlığı bərpa etmək niyyətini ifadə edib.
12:53 21.08.2026
Oxunuş sayı: 51