Paşinyan Rusiyadakı səfiri geri çağırır
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyanın geri çağırılması barədə qərar verib.
Crossmedia.az xəbər verir ki, Ermənistanın “Joqovurd” qəzeti bu barədə hakimiyyət mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Paşinyan Arsenyanın fəaliyyətindən narazıdır və onun Moskvadakı diplomatik fəaliyyətinə son qoyulması barədə qərar artıq yekunlaşıb.
Məlumata əsasən, səfirin geri çağırılması Ermənistan-Rusiya münasibətlərində davam edən gərginlik fonunda baş verə bilər. Arsenyanın yerinə kimin təyin olunacağı hələ məlum deyil. Ermənistan hakimiyyəti məlumatı rəsmi şəkildə təsdiqləməyib.
Qeyd edək ki, Qurgen Arsenyan 2024-cü ilin avqustunda Ermənistanın Rusiyadakı səfiri təyin edilib.
12:12 21.08.2026
Oxunuş sayı: 48