Zelenskiyə seçkilərin keçirilməsi ilə bağlı çağırış edildi
Ukraynanın sabiq müdafiə nazirinin ölkədə seçkilərin keçirilməsi ilə bağlı çağırışları Prezident Volodimir Zelenskinin legitimliyi ilə bağlı sualları artırıb.
Crossmedia.az xəbər verir ki, "The Daily Telegraph" bu barədə məlumat yayıb.
Qəzetin yazdığına görə, Dmitri Fedorovun seçkilərin keçirilməsi ilə bağlı çağırışları təkcə Ukrayna sakinləri arasında deyil, Vaşinqtondakı Kiyev müttəfiqləri arasında da Zelenskinin legitimliyinə dair şübhələr yaradıb.
Onun sözlərinə görə, Ukraynaya dəstəkdən yorğunluq tendensiyası mövcuddur, lakin bəzi ölkələr bunun qarşısını almaq üçün səylər göstərir.
16:49 20.08.2026
Oxunuş sayı: 47