Rumınniya sərhədi yaxınlığına naməlum PUA düşdü
Rumıniyada Ukrayna sərhədi yaxınlığında pilotsuz uçuş aparatı (PUA) yerə düşüb. Hadisə nəticəsində yaranan yanğın öz-özünə sönüb.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” Rumıniya Müdafiə Nazirliyinə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, PUA gecə saatlarında Rumıniyanın milli hava məkanına daxil olub. Aparat Qalats şəhərindən təxminən 13 kilometr şərqdə, Tulça vilayətinin Qrindu şəhərindən isə təxminən 4 kilometr şimal-şərqdə yerləşən yaşayış olmayan əraziyə düşüb.
Hadisə zamanı PUA-nı İspaniya Hərbi Hava Qüvvələrinin iki F-18 qırıcısının pilotları izləyib. Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus IAR-330 SOCAT helikopteri də kəşfiyyat missiyası üçün havaya qaldırılıb.
Müdafiə Nazirliyinin məlumatına görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb, maddi ziyan barədə də məlumat daxil olmayıb.
14:10 20.08.2026
Oxunuş sayı: 56