Ukrayna sərhədinə yaxın əraziyə PUA düşdü
Rumıniyanın Ukrayna sərhədi yaxınlığında pilotsuz uçuş aparatı (PUA) yerə düşüb və hadisə nəticəsində yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Məlumata görə, hadisə Tulça dairəsində, Qrindul şəhərinin təxminən 4 kilometr şimal-şərqində, yaşayış olmayan ərazidə baş verib. PUA-nın Rumıniya hava məkanına daxil olduğu bildirilib.
PUA yerə düşdükdən sonra yanğın başlayıb, lakin daha sonra öz-özünə sönüb. Hadisə nəticəsində ölən və ya yaralananların olmadığı qeyd edilib
12:45 20.08.2026
Oxunuş sayı: 55